Erməni lobbisinin Rusiyadakı iftira maşını

Erməni lobbisinin son fəaliyyəti Azərbaycanla Rusiya arasında olan qarşılıqlı anlaşma mühitini pozmağa yönəlib

Azərbaycan dövləti daim uğurlu qonşuluq siyasəti yürütməklə, istər regionda, istərsə də beynəlxalq aləmdə öz uğurlu siyasi mövqeyini qoruyub. O cümlədən, tolerantlıq, multikultural dəyərlərə önəm vermək və xalqlar arasında davamlı dostluq-qardaşlıq bağlarının möhkəmliyi xalqımızın tarxi irsinə bağlı olan əhəmiyyətli məqam olaraq qiymətləndirilir.

Əbəs yerə deyil ki, bu mühüm amil ölkəmizin Rusiya Federasiyasi ilə münasibətlərində də özünü kifayət qədər ehtiva etməkdədir. Belə ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında, eləcə də hər iki ölkənin rəhbərliyi arasında daim qarşılıqlı anlaşma mühiti hökm sürüb. Bütün bunlara misal kimi iqtisadi və s. sferalarda əldə edilən nailiyyətləri göstərə bilərik.

Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə şəkildə uğurlu əməliyyatlar keçiriblər

Eyni zamanda, xüsusilə qeyd edə bilərik ki, ölkələrimiz arasında təhlükəsizlik məsələləri həmişə qarşılıqlı anlaşma şəraitində müzakirə edilib, mühüm razılaşmalar əldə olunub. Məsələn, Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkələrinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Şimal qonşumuzun ərazilərinə sızmasının qarşısını qətiyyətlə alıb. O da sirr deyil ki, Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə şəkildə uğurlu əməliyyatlar keçiriblər. Bütün bunlar isə bilavasitə Azərbaycanın dostluq, axın qonşuluq istiqamətindəki maraq dairəsini qoruyub-saxlamasından irəli gələn məqamlardandır.

Həmçinin, daha bir fakt da budur ki, ölkəmizin mediası – kütləvi informasiya vasitələri, habelə vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı önə çıxan məsələlərin müzakirəsində Azərbaycan və Rusiya xalqlarının qardaşlıq münasibətlərinə zidd mövqe sərgiləməkdən çəkiniblər.

Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər anti-Azərbaycan siyasətini yürütmək üçün Moskvanı öz məkrli planlarını həyata keçirilmək istiqamətində platsdarma çevirmək istəyirlər

Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, qaranlıq dairələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil. Daha doğrusu, Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir. Buna misal kimi aşağıdakı faktları göstərə bilərik:

Məsələn, bir müddət əvvəl, işğalçı və təcavüzkar Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları Talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılmışdı. Onu da xüsusilə qeyd etmək yerinə düşərdi ki, məhz Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək həmin qurumların fəaliyyətini Moskvadakı bəzi dairələrə köçürüblər.

Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov – erməni lobbisinin siyasi tulaları!

Xatırladaq ki, bu fəaliyyətlərdə adı keçən F.Aboszadənin 1981-95-ciillərdə BDU-da işləyib və onun əvvəlcə Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyer sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnib. Yeri gəllmişkən, onun “Politologiya” dərsliyi adıyla AXC-ni və onun sədrini öyən kitab yazması da “lazımınca” qiynmətləndirilməmişdi. Beləliklə, onun mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasını çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli və sərt etirazıları nəticəsində iflasa uğramışdı.

Məhz bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli qaranlıq çevrələrinin tapşırığı ilə fəaliyyət göstərməkdədir.

Yeri gəlmişkən, Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda “fəaliyyəti”ni Yerevandan Moskvaya köçürüb və bu təxribatı planlarını da elə oradan həyata keçirir. Bir müddət əvvəl bu şəxs mətbuatda “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış edən satqın, vətən xaini məhz Z.Məhərrəmovdur. Bütövlükdə isə Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov erməni lobbisinin siyasi tulalarıdırlar!

Separatçı və ekstremist telekanalda "Cahangir Şıxızadə" adlı Sargis Asatryan...

Xatırladaq ki, dördgünlük aprel döyüşləri zamanı Z.Məhərrəmov hərbi əməliyyatlarda ermənilərin itkilərini gizlətməyə çalışır, onların az qala "Bakıya çatacaqlarını" vurğulayırdı. Ermənistan ordusunun ağır itkilər verdiyini, mövqelərini itirdiyini və geri çəkildiyini İrəvanın özü etiraf edəndən sonra isə Z. Məhərrəmov çıxışlarının ritorikasını dərhal dəyişib, "məzlum ermənilər" barədə sürəkli "reportaj"lar hazırlayaraq yaymağa başlayıb.

Digər bir fakta diqqət yetirək: Belə ki, Z.Məhərrəmovun açdığı “telekanal”ın aparıcılarının erməni əsilli olması haqda mediada araşdırmalar dərc olunub. “Telekanal”ın məhərrəmlik mərasimlərindən danışan xanım aparıcısını erməni olması, başqa aparıcı "Cahangir Şıxızadə" adlı şəxsin də əslində erməni Sargis Asatryan olması aparılan araşdırmalardan sonra ifşa edilib.

Beləliklə, fakt budur ki, bu gün Rusiya ilə Azərbaycan arasında olan dostluq və yaxın qonşuluq münasibətləri erməni lobbisinin, onların havadarlarının işlərinə ciddi əngəl yaradır. Ona görə də Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd olaraq qiymətləndirilməlidir. Həmçinin, belə halların qarşısının alınması vacibliyi özünü daha çox göstərməlidir. Çünki bununla yalnız Azərbaycana deyil, Rusiyanın da mənafelərinə xəyanət edilir!

Artıq Rusiya tərəfi də anlamalıdır ki, erməni lobbisi öz xəyanətkarlıq maşınını müxtəlif çirkin üsullarla işə salıb. Ona görə də Rusiya tərəfi də erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin, onu geostrateji əhəmiyyətlə bölgələrdə daha çox təcrid etməsinin fərqində olmalıdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə