Putin Ərdoğanla Yerusəlimi müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin dekabrın 11-də Türkiyəyə işgüzar səfər edəcək, SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya dövlət başçısı türkiyəli həmkarı ilə bir sıra məsələlərlə bağlı danışıqlar aparacaq. Belə ki, görüşdə iki ölkə arasında əməkdaşlıq, enerji və digər sahələrlə bağlı birgə layihələrin həyata keçirilməsi, eləcə də Yaxın Şərqdə əsasən də Suriyada vəziyyətin nizamlanması kimi aktual məsələlərə dair müzakirələr aparılacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətindən verilən məlumata görə, tərəflər görüşdə həmçinin Yerusəlim məsələsini də müzakirə edəcəklər. Mətbuat xidmətinin sözlərinə görə, hər iki ölkənin dövlət başçıları ilk növbədə Suriya və Yerusəlimlə bağlı vaş verən son hadisələr haqqında geniş fikir mübadiləsi aparacaqlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə