Aqiyə Naxçıvanlı beynəlxalq ekspertlə görüşüb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda səfərdə olan beynəlxalq ekspert xanım Monika Das Gupta ilə görüşüb. SİA-ya verilən məlumata görə, komitə sədri rəhbərlik etdiyi komitənin fəaliyyəti, respublikada uğurla aparılan gender siyasəti və s. haqqında geniş məlumat verib.

Görüş zamanı iki tərəf arasında BMT-nin Əhali Fondunun hökumət tərəfdaşları ilə birlikdə Azərbaycanda doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanması barədə söhbət aparılıb. Xanım Monika Das Gupta sözü gedən sənədin hazırlanmasına dəstək verə biləcək və ekspertizanı həyata keçirmək imkanlarına malik olan bir sıra hökumət tərəfdaşları sırasında Milli Məclisin müvafiq komitə üzvləri ilə görüş zamanı aldığı ətraflı məlumatlardan və bu görüşdən məmnun qaldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə