Ekspert: “Bu sammit daha effektiv nəticələrlə yadda qalacaq” AÇIQLAMA

“Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində NATO-nun Mənzil-Qərargahına baş katibin dəvəti ilə gəlməsi və ikitərəfli görüşlərin keçirilməsi olduqca vacib və önəmli məsələdir”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, Prezident hər zaman olduğu kimi bu dəfə də ölkəmizin haqlı mövqeyini NATO Baş katibinə çatdırıb: “Bundan başqa ölkəmiz NATO-nun strateji tərəfdaşı kimi bu illər ərzində özünü doğrultmuşdur. Digər bir vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan regionun lider dövlətidir. Burada reallaşan bütün strateji layihələr məhz dövlətimizin təşəbbüsü ilə həyata keçirilir. Regional təhlükəsizlik məsələsinə yeganə təhdid faktoru Ermənistanın işğalçı siyasətidir. Mən özüm də hal hazırda Brüsseldəyəm, V Şərq Tərəfdaşlığı Sammitinə qatılmışam. Ümid edirəm bu sammit ötən dəfəki kimi yox, daha effektiv nəticələrlə yadda qalacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə