Politoloq: “Lavrov başqa cür açıqlama verə bilməzdi” MÜNASİBƏT

“Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən qarşısına qoyduğu əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək olub. Lavrov Azərbaycanda olarkən hətta qeyd etdi ki, problemin həlli məsələsi masanın üzərindədir. Ancaq Yerevana səfərdən sonra bildirdi ki, Dağlıq Qarabağ probleminin həllinə nikbin baxmır”. SİA-nın verdiyi məlumata görə bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, çəlum məsələdir ki, Rusiya-Ermənistan münasibətləri hansı səviyyədədir, bu dövlətlər eyni hərbi blokda, eyni iqtisadi ittifaqda təmsil olunurlar: “Bununla bərabər, Lavrovun özünün də erməni separatçıları ilə çox sıx əlaqələri var. Bu, dəfələrlə danışılmış, sübut olunmuş faktdır. Ona görə də Lavrov Ermənistanda olarkən başqa cür açıqlama verə bilməzdi. Çünki, Sarkisyan da, Nalbandyan da separatçılara "müstəqillik” sözü veriblər. Azərbaycan isə beynəlxalq hüququn prinsiplərini əlində rəhbər tutaraq, ərazi bütövlüyü məsələsini önə çəkir, yalnız bundan sonra istənilən danışıqlara hazır olduğunu bəyan edir. İşğalçı Ermənistanın ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayınca, substantiv danışıqlara getməyincə, problemin həllinə dair danışıqlar xatirinə danışıqlardan söhbət gedə bilməz”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə