Zahid Oruc: "Qarabağ əlillərindən biri nazir müavini olsun"

Deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını təklif edib. SİA-nın xəbərinə görə, deputat "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır. “Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”.

Z.Oruc təklif edib ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məğul olsun.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə