Milli Məclisdə büdcə müzakirələrinin son günü

3 gündür ki, Milli Məclisdə 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələrinin müzakirəsi davam edir. SİA-nın xəbərinə görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları bu gün yekunlaşacaq. Milli Məclisin gündəliyinə 7 məsələ daxildir:

1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

2. "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında

7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə