Roma Papası gələn il Litvaya səfər edəcək

2018-ci ilin payızında Roma Papası Fransiskin Litvaya səfəri nəzərdə tutulur. Prezidentin mətbuat katibi Dayva Ulbinaytenin sözlərinə görə, Vatikan həmin səfərin dəqiq tarixini və statusunu yaxın vaxtlarda elan etməlidir.

Papanın Litvaya səfəri Litva dövlətinin 100 illiyinə həsr ediləcək. Bu həftə Estoniya KİV-ləri bildiriblər ki, Pontifikin Tallinə səfəri ehtimal edilir. 1993-cü ildə ovaxtkı Papa II İohan Pavel Litvaya səfər etmişdi. Bu, indiyə qədər Roma Papasının bu ölkəyə yeganə səfəri olub.

2011-ci ildə aparılmış siyahıyaalma məlumatlarına görə Litvanın dindar əhalisinin 77 faizi Roma Katolik Kilsəsinin tərəfdarlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə