Ümummilli siyasi iştirakın regional lideri YAP

Bəxtiyar Nəbiyev, YAP Yasamal Rayon Təşkilatının Gənclər Birliyinin sədri, Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin dekan müavini, dosent

Azərbaycanın tarixində bir sıra əlamətdar və mühüm hadisələr, proseslər baş verib ki, onların bəziləri hər bir ölkə vətəndaşının həyatında hiss edilməklə xüsusi fərqliliklərə malikdir. Belə önəmli hadisələrin tarixi yaddaşda həkk olunması, unudulmaması, onların yubileylərinin qeyd edilməsi olduqca vacibdir. Çünki həmin hadisə və proseslər bizim dövlətçiliyimizin təməlləri və milli özünüdərkimizin əsaslarıdır.

Milli tariximizdə qeyd edilən əlamətdar günlərdən biri də Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə daxil olmasıdır. Əslində xalqların və dövlətlərin hər birinin tarixində bir çox siyasi qüvvələr gəlib, gedirlər. Bəs YAP-ı xüsusi edən nədir?

YAP-ı xüsusi edən onun yaranmasının təməlində dayanan iki amildir. Birincisi, Ümummilli Lider Heydər Əliyevin simasında bir liderə malik olması, ikincisi isə partiyanın qurulması üçün müraciət edən şəxslərin milli çağırışı dilə gətirmələridir. XX əsin son otuz ilini təhlil edəriksə bir məsələ diqqət mərkəzinə gəlir. Bu da Ümummilli Lider Heydər Əliyev kimi siyasi təcrübəsi, intellekti, hadisələrə konseptual baxışı və milli fədakarlığı olan ikinci şəxsin olmamasıdır. SSRİ-nin dağılmasından sonra ölkəyə rəhbərlik etmiş şəxslər və siyasi qüvvələr arasında bu xüsusiyyətlərin tam əksi özünü göstərmişdir. Heç bir siyasi idarəçilik təcrübəsi olmayan, məsələlərə intellektual deyil, hisslər səviyyəsində yanaşan, hətta öz aralarında ölkənin gələcəyi ilə bağlı fikir birliyinə malik olmayan şəxslər və siyasi qüvvələr hakimiyyətə gəlmiş, bu isə humanitar fəlakətlərə, Ermənistanın Dağlıq Qarabağda işğalçılıq siyasətinin reallaşmasına, qonşu dövlətlərlə problemlərin yaşanmasına gətirib çıxarmışdır. Təbii ki, bu heç də o demək deyildir ki, Ümummilli Lider Heydər Əliyev milləti üçün öz fədakarlıq və dühasını reallaşdırmamışdır. Ümummilli Lider Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsinə zülmün mərkəzindən zalıma qarşı millətinin mövqeyini bəyan etməklə heç kimin cürət etmədiyi addımı atmışdır.

Daha sonra Naxçıvanda olduğu müddətdə blokadada olmasına baxmayaraq Azərbaycanın qorunması və inkişafı üçün əlindən gələni etmişdir. SSRİ dövründə isə özünün təhsil, iqtisadi və ictimai siyasəti ilə müasir milli dövlətimiz üçün kadr zəmini hazırlamışdır. Təbii ki, bütün bunları Azərbaycan xalqı unutmamışdır. Heydər Əliyev Naxçıvanda informasiya blokadasında olmasına baxmayaraq 91 ziyalı adından Ona ünvanlanan müraciətdə milli rəhbərə, təcrübəli siyasətçiyə olan ehtiyac dilə gətirmişdi. Dövrün siyasi hakimiyyətinin bütün maneçiliklərinə baxmayaraq iki amilin birləşməsindən YAP kimi bir siyasi partiya rişət etmişdir. 1993-cü ildə YAP-ın sədri Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. 1993-2003-cü illər ərzində milli dövlətçilik tariximiz məhz onun rəhbərliyi ilə istər iqtisadi, istər hərbi, istər sosial sahədə böyük uğurlar yaşamışdır.

Ümummilli Lider Heydər Əliyevin ən böyük töhfələrindən biri də siyasətində gənclərə önəm verməsi olmuşdur. Ümummilli Lider ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Ümummilli Lider Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə dahi rəhbər Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi.

Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edirdi. 2003-cü ildən bu günə kimi isə Ümummilli Lider Heydər Əliyevin konseptual siyasi kursunu uğurla və cəmiyyətin bütün təbəqələrini öz ətrafında cəmləməklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Onun ölkəyə rəhbərliyini ümumi olaraq belə icmal etmək olar, Azərbaycan Cənubi Qafqazda iqtisadi, siyasi, hərbi liderdir. Bura istər daxili iqtisadi islahatları, istər beynəlxalq layihələri aid etmək olar. Bu günlərdə onlardan birinin Bakı Tbilisi Qars dəmir yolu xəttinin açışılı kimi möhtəşəm hadisənin qürurunu hamımız yaşadıq.

Bütün xəbərlər Facebook səhifəmizdə