Əflatun Amaşov onlayn mətbuata 1 milyon manatın ayrılmasını istədi

“Azərbaycan ordusu regionda ən güclü ordudur. Ancaq reallıq budur ki, əgər biz bir kəndimizi geri almağa cəhd göstərsək, beynəlxalq güclərin təzyiqləri ilə üzləşəcəyik. Bu baxımdan ölkəmizdə Azərbaycan həqiqətlərinin xaricə intensiv çatdırılması üçün xəbər-informasiyaya üstünlük verilən televiziya kanalının fəaliyyətinə ehtiyac var". SİA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

"Unutmaq lazım deyil ki, Azərbaycan informasiya savaşına da önəm verməlidir. Bunun üçün də kiçik maliyyə həcmli televiziyanın yaradılması mümkündür”- deyə, Ə.Amaşov bildirib.

Şura sədri mətbuata dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması məsələsinə toxunub. O qeyd edib ki, onlayn mətbuata da bir milyon manat vəsait ayrılarsa, ən az bir aya nəticəsi hiss olunacaq: “Ümumiyyətlə, müharibə şəraitində ölkə olaraq bizdə informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”.

Deputat Azərbaycanda İnformasiya Ombudmsnaının yaradılması təklifi ilə çıxış edib: “Bizdə İnformasiya Ombudsmanı İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkbində fəaliyyət göstərilir. Səbəb kimi deyilir ki,ştat yoxdur. Hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək soruşuram ki, niyə ştat ayrılımır. Fikrimcə İnformasiya Ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.

Ə. Amaşov çıxışında Tiflisdə Ulu Öndərin adını daşıyan teatr binasının təmiri üçün maliyyə vəsaitinin ayrılıması təklifini də bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə