Deputat "Azəristilik" ASC-nin fəaliyyətindən narazıdır

"Təhsil sahəsində sürətli islahat gediir. Lakin təhsillə bağlı görülən işlər illərlə həyata keçirilən prosesdir. Biz bu istiqamətdə həyata keçirilən işləri və ümumilikdə təhsildəki inkişafı görür dəstəkləyirik. Bizə ediıən müraciətlər əsasında görürük ki, burada yalnız tələbələrin təhsil haqqı ilə bağlı problemləri var”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Tələbələrin təhsil haqqı ilə bağlı problemlərin həlli üçün ölkəmizdə Maarifçi-Tələbə Kredit Fondunun fəaliyyətini vurğulayan deputat fondun dövlət büdcəsindən maliyyələşməsini təklif edib: “Təklif edərdim ki, maliyyə naziri tələbələrin təhsil haqı ilə bağlı məsələyə baxsın”.

F.Muradov dövlət sifarişi ilə təhsil alan tələbələrinin sayının azalması məsələsinə də toxunub.

Deputat həmçinin ölkəmizdə “Azəristilik” ASC-nin fəaliyyətindən narazılığını bildirib. Məsələ ilə əlaqədar Baş nazirə müraciət edən deputat Xətai rayonunda müxtəlif kombinat və zavodların yataqxanalarında istilik sistemiin olmadığını diqqətə çatdırıb: “Bu məsələ “Azəriqaz”a da aiddir. Əgər onlar dövlət müəssisəsi kii fəaliyyət göstərə bilmirsə, o zaman onlar özəlləşdirilsin”.

F. Muradov bu gün Bakı şəhərində təmizliklə bağlı ciddi məsələlərin olduğunu dilə gətirib: “Prezidentin tapşırığı ilə ölkəmizdə Məişət tullantıları zavodu tikilsə də təmizliklə bağlı məsələlər bizi narahat edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə