Yevda Abramov: "İqtisadiyyat Nazirliyi qiymət artımına diqqət yetirməlidir"

“Azərbaycanda qiymət qalxdısa, enməsi problemdir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən deputat Yevda Abramov deyib.

Onun sözlərinə görə, ötənilki büdcədən sonra builki büdcənin optimist notlar üzərində olacağına çoxunun ümüdi yox idi: “Ancaq xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Dünən qiymətlər haqqında həmkarım Vahid Əhmədov danışdı. Biz bilirik ki, iqtisadiyyatımız liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb-düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də təsir etmir. Qonşu Rusiyada ən azı 18 məhsulun qiyməti dövlət tərəfindən tənzimlənir, bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır. İqtisadiyyat Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir”.

Deputat çıxışı zamanı seçildiyi Quba rayonundakı problemlərdən danışıb. O rayonda mövcüd olan qaz probleminin həllini söyləyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə