Milli Məclisdə büdcə müzakirələri davam edir

Milli Məclisdə büdcə müzakirələri davam edir. SİA-nın xəbərinə görə, plenar iclasın gündəliyinə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə, "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə, "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə, "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə, Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında qanun layihələri daxildir.

Qeyd edək ki, Milli Məclisdə büdcə müzakirələri ötən gündən başlayıb. Müzakirələr noyabrın 23-dək davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə