Putin Trampla nədən danışıb? TƏFƏRRÜAT

Ötən gün Rusiya prezidenti Vladimir Putinlər ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, liderlər telefon danışı zamanı aktual problemləri müzakirə ediblər. ABŞ lideri rusiyalı həmkarı ilə "gözəl telefon danışığı" apardığını bildirib.

Dövlət başçıları Suriya ilə bağlı fikir mübadiləsi aparıblar. Putin bu ölkədə uzunmüddətli bir siyasi razılaşmanın təşviqinə hazır olduğunu xüsusi qeyd edib. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunmasın vacibliyi ilə bağlı müzakirələr aparılıb.

Putin Suriya prezidenti Bəşər Əsədlə görüşünün nəticələrini Amerika liderinin diqqətinə çatdırıb.

Ağ Evin açıqlamasına görə Putin və Trump Suriya məsələsini müzakirə edərkən vətəndaş müharibəsinin sülh yolu ilə həllində BMT-nin himayəsi altında Cenevrə prosesinə dəstəyin əhəmiyyətini vurğulayıblar. ABŞ administrasiyasının açıqlamasına görə, bundan əlavə, iki lider Yaxın Şərq və Mərkəzi Asiyada terrorla mübarizədə birgə səylərinin vacibliyini "Əl-Qaidə", "Taliban" və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığın yollarını araşdırmağln vaciblini bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə