BAXCP rəsmisi: “Əli Kərimli xaricdən idarə olunan müxalifətdir” AÇIQLAMA

“Bilirsiniz, Əli Kərimli xaraktercə elə birisidir ki, ilk öncə aldığı tapşırıqlar əsasında fəaliyyət göstərir. Bu gün üçün başlıca meyar maddiyyatdır. Bütün hallarda ilk öncə onu düşündürən hansı yolla olur olsun, daha çox qazanc əldə etməkdir. Vaxtilə onunla yaxından əməkdaşlıq edən hər kəs etiraf edib ki, onun pula dəhşətli dərəcədə sevgisi var. Ancaq pul xərcləmək baxımından çox simic adamdır. Bu gün Azərbaycanın əleyhinə aparılan kampaniyalarda Əli Kərimli xaricdən aldığı tapşırıq əsasında fəaliyyət göstərir. Çünki pul verən xaricidirsə, deməli, sifarişi də Əli Kərimliyə onlar verir”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, təsadüfü deyil ki, həbs olunmuş müavini bir ildə Gürcüstana 41 dəfə səfər edib: “Son illərdə Azərbaycanda bank sisteminə olunan nəzarət və "Qrant haqqında" qanuna olunan dəyişikliklər Əli Kərimlini məcbur etdi ki, öz xanım müavinini pul qazanmaq müqabilində həbsxana divarlarına salsın. Əli Kərimli düşünürdü ki, o, xanımı bu işə cəlb etməklə hakimiyyət onun həbs olunmasını reallaşdırmayacaq. Ancaq yanılırdı ki, qanun hər kəs üçün eynidir. Qanuna görə, kiminsə, xüsusi imtiyazı olmur. Əli Kərimli öz maddi maraqları naminə onlarla insanın həbsxanaya düşməsinə baiskar olub. 20 yaşlı gənci həbs etdirdi. 7 il ərzində bir dəfə də olsun, həmin gəncin ziyarətinə getmədi. İndi, bir jurnalist kimi, gedin, araşdırma aparın. Bu adam indiyə kimi bir nəfərində olsun yanına həbsxanaya getməyib. Niyə, bu adamın ömründən 7-8 il alırsan? Bunun müqabilində xarici təşkilatlardan kifayət qədər qonarar qoparırsan. Ancaq bir dəfə də olsun, o adamın ziyarətinə getmirsən! Bu gün özünü Əli Kərimlinin mirzəsi rolunu oynayan Qənimət Zahidin qardaşı Mirzə Sakitin Əli Kərimlinin necə iyrənc bir xarakterə sahib olduğunu və onun adına beynəlxalq təşkilatların göndərdiyi 10 minlərlə dolların mənimsədiyi faktını cəmiyyətə açıqlayır. Bunu məhz Qənimət Zahidin doğma qardaşı deyir!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə