"Dövlət televiziyalarında reklamların verilməsi qadağan olunsun"

Milli Məclisin deputat Qüdrət Həsənquliyev dövlət televiziyalarında reklamların verilməsinin qadağan olunmasını təklif edib. SİA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasda 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Q.Həsənquliyev deyib ki, həmin televiziyalara dövlət maliyyə vəsaiti ayırır: “Özəl telekanalların reklamdan pul əldə edə bilmələrinə şərait yaradılmalıdır. Çünki onlar dövlətdən maliyyələşmirlər”.

Deputat çıxışı zamanı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğv edilərək Energetika Nazirliyinə birləşdirilməsini təklif edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə