"Autizmdən əziyyət çəkənlərin müalicəsi dövlət tərəfindən qarşılansın"

“Hazırda mürəkkəb tarixi mərhələni keçməliyik. Bu, dünyada baş verən qlobal iqtisadi hadisələrlə bağlıdır. Bildiyiniz kimi dünyada baş verən proseslər nəticəsində 2015-ci ildə milli valyutamız devalvasiyaya məruz qaldı. Lakin 2015-ci ildə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar milli valyutamızın xilas edilməsi ilə nəticələndi”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentdə büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Manatın 15 faiz möhkəmlənməsini vurğulayan deputat söyləyib ki, 2018-ci ilin büdcəsinə nəzər yetirdikdə onun devalvasiyadan əvvəlki büdcədən geri qalmadığını bildirib: “2018-ci ilin büdcəsi sosal yönümlü və milli təhlükəsizliyimiz təmin edəcək büdcə kimi qiymləndirilməlidir. Layihədə bütün sahələr öz əksini tapıb”.

H.Məmmədovun sözlərinə görə, büdcə sosial iqtisadi inkişafı təmin edən vasitədir: “Onun effektlivliyi də bununla ölçülür”.

Deputat 2018-ci ilin dövlət büdcəsində kommunikasiya məsələlərin maliyyələşməsini yüksək qiymətləndirib.

Regionların inkişafı məsələsinə toxunan H.Məmmədov söyləyib ki, bu günə qədər Azərbaycanda regionların inkişafı ilə bağlı 3 dövlət proqramı, həmçinin ətraf qəsəbələrin inkişafı ilə bağlı digər proqramlar həyata keçirilib: “Azərbaycanda lokal inkişaf mərkəzləri formalaşıb ki, bu da regionlarımızın inkişafında xüsusi rol oynayacaq. Bu baxımdan düşünürəm ki, gələn ilin büdcə layihəsi mövcud reallığı əks etdirməklə ölkəmizin gələcək inkişafını nəzərdə tutacaq şəkildə tərtib olunub”.

Deputat çıxışı zamanı bir sıra təkliflər də irəli sürüb: “Son dövrlərdə ölkəmizdə autizm xəstəliyi geniş şəkildə yayılıb. Hamımız bilirik ki, onların müalicəsi kifayət qədər maliyyə tələb edir. Bununla bağlı hansısa mərkəzlər yaradıla, eləcə də bu xətəlikdən əziyyət çəkənlərin müalicəsinin bir qismi dövlət tərəfindən qarşılana bilər”.

H.Məmmədov valideynlərinin hər iki əlil olan tələbələrin təhsil haqqından azad edilməsi məsələsinə də toxunub: “Valideynlərinin hər ikisnin I və ya II qrup əlil olan uşaqlar təhsil haqqından azad edilməsi dövlət büdcəsi hesabına edilməyə bilər. Bunu ali məktəblər özləri də edə bilərlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə