TBMM ümumi heyəti sədr seçimi üçün toplaşacaq

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi heyəti sədr seçimi üçün toplaşacaq.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TBMM sədrliyi üçün Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili və Məclis sədri İsmayıl Kahraman, AK Partiya Adana millət vəkili Tamer Dağlı, Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili Zekeriya Temizel, Xalqların Demokratik Partiyasının (HDP) Hakkarı millət vəkili Selma İrmak, Milliyyətçi Hərəkat Partiyasından (MHP) İstanbul millət vəkili Celal Adan, İYİ Partiyanın Kayseri millət vəkili Yusuf Halaçoğlu namizəd olub.

İclasda, parlament sədrliyi seçkisi gizli səsvermə yolu ilə keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə