Elmar Məmmədyarov və Sergey Lavrovun görüşü başlayıb

Bakıda Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun görüşü başlayıb.

SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"dəki səhifəsində yazıb.

Nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edir.

Qeyd edək ki, S.Lavrov noyabrın 19-dan Azərbaycanda səfərdədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə