Deputat: “Münaqişənin düyünü Rusiyanın əlindədir” AÇIQLAMA

“Hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın gələcək prespektivləri ilə əlaqədardır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələr inkişaf mərhələsindədir: “Ölkələrarası ticarət dövriyyəsi dinamik artımdadır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur və ümumi bir məxrəcə gəlmək ətrafında fikir mübadiləsi də aparılır. Çünki, Cənubi Qafqazın ən böyük və hər an alovlana biləcək problemi Azərbaycanın işğaldakı torpaqları ilə bağlı ola bilər. Ona görə də regionun sabitliyi üçün bu problem tezliklə həll olunmalıdır. Lavrov Azərbaycandan sonra Ermənistana da səfər edəcək. Orada da münaqişənin həlli ilə bağlı danışıqlar aparacaq. Münaqişənin düyününün açılması Rusiyanın əlindədir və düşünürəm ki, Rusiya Ermənilərə ciddi təsir metoduna keçərsə məsələ də öz həllini tapar və regiona sabitlik gələr”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə