Zakir Qaralov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il noyabrın 24-də saat 10:00-da Bərdə rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

SİA-nın verdiyi məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Bərdə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə