Ermənistan ordusunda döyülmə hadisəsi baş verib

Azərbaycanın Ağdərə yaşayış məntəqəsində yerləşən işğalçı Ermənistan ordusunun hərbi hissəsində döyülmə hadisəsi baş verib. “Report” xəbər verir ki, həmin hərbi hissədə xidmət edən zabit Narek Mkrtçyan döyüş mövqeyində yoxlama apararkən müqavilə əsasında xidmətdə olan Hraç Naboyan adlı əsgərdə qadağan olunmuş mobil telefon aşkar edib.

Zabit telefonu müsadirə etmək istədikdə H.Naboyanın müqavimət göstərib. Bu zaman tərəflər arasında başlayan mübahisə davaya çevrilib. Hər iki hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alsa da, komandanlıq məsələni ört-basdır edib.

loading...