Lavrov noyabrın 19-da Azərbaycana gəlir

Rusiya xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq. XİN-dən SİA-ya verilən məlumata görə, S.Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

Qeyd edək ki, Elmar Məmmədyarov 28 aprel 2017-ci il tarixində Rusiyada işgüzar səfərdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə