Oqtay Əsədov: "Cümhuriyyətin 100 illiyi hazırlıqlarına start verilib"

“Həm Cümhuriyyətin, həm də Parlamentin yüz illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın parlamentdə cari məsələlərin müzakirəsi zamanı etdiyi çıxışına cavab verərkən deyib.

Sədr bildirib ki, Milli Məclis Prezidentin sərəncamından dərhal sonra lazımi işlərə başlayıb: “Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyi ilə bağlı işlərə start verilib. İşlər gedir. Yaxın zamanda nəticəsini görəcəksiniz”.

qeyd edək ki, deputat Fazil Mustafa çıxışı zamanı Azərbaycan prezidentinin Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması barədə sərəncamını xatırladaraq qeyd edib ki, cumhuriyyətin yaradıcı Məhəmməd Əmin Rəsulzadənin və cumhuriyyətin ayaqda qalmasına dəstək olan Nuri Paşanın xatirələrinin əbədiləşdirilməsi üçün addımlar atılmalıdır. O deyib ki, Nuri paşanın abidəsinin qoyulması ilə əlaqədar həmkarı Qüdrət Həsənquliyevlə birlikdə Nazirlər kabientinə müraciət etsə də, cavab yoxdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə