Zeynəb Xanlarova Rasim Balayevdən danışdı

Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarova parlamentdə görkəmli aktyor Rasim Balayevdan danışıb. SİA-nın xəbərinə görə, deputat məşhur aktyorun səhhəti ilə əlaqədar maliyyə çətinlikləri çəkdiyini dilə gətirib: “Babəki, Nəsimini yaradan sənətkar dərmanlarını ala bilmir. Mən üzümü Səhiyyə və Mədəniyyət və Turizm Nazirliyinə tuturam. Niyə onlar aktyorla maraqlanmırlar. Axı, onun səhhəti sənəti uğurunda gedib. Niyə buna əncam çəkilmir? Mən milləti, Rasim Balayevi sevənlərin adından xalq artistinin müalicəsi ilə məşğul olmağı xahiş edirəm. Onun dərmanları, sağlamlığı ilə maraqlanmaq lazımdır. Aktyor nə qədər pul alır ki, dərmanlarını ala bilsin”.

Xalq artisitinin çıxışından sonra Milli Məclisin sədri Oqtay Əsədov məsələ ilə maraqlanacağını dilə gətirib.

Müəllif: Nailə Məhərrəmova
loading...