Elmar Məmmədyarov Sudanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Mustafa Əhməd Abdullanı qəbul edib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı səfir Abbas Mustafa Əhməd Abdulla etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov səfiri Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Abbas Mustafa Əhməd Abdulla diplomatik fəaliyyəti müddətində Azərbaycan və Sudan arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə