Nümayəndəlik institutunun ləğvi nə vaxt müzakirəyə çıxarılacaq?

Azərbaycanda nümayəndəlik institutunun ləğvi məsələsi ilə bağlı layihənin yenidən müzakirəyə çıxarılacağı vaxt məlum olub. SİA-nın xəbərinə görə, layihə 2018-ci ilin yaz sessiyasında, fevral ayında nəzərdə tutulan plenar iclaslardan birində müzakirəyə çıxarılacaq.

Layihəyə bir sıra düzəlişlər nəzərdə tutulub. Belə ki, nümayəndəlik institutunun tam ləğv olunması yox, məhkəmələrdə çıxış edəcək nümayəndələrin təmsilçiliyində ixtisas baxımından konkretləşdirmə aparılması planlaşdırılır. Eyni zamanda, vəkillərin sayının artırılması ilə bağlı atılacaq addımlara da yer veriləcək.

Qeyd edək ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər gündəlikdən çıxarılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə