İcra başçısı vəzifəsinə seçkilərin ilkin nəticələri məlum olub

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonların icra başçısı vəzifəsinə seçkilərin ilkin nəticələri məlum olub. Marneuli rayonunun 89 seçki məntəqəsinin 69-u üzrə səsvermənin nəticələrinə əsasən, hakim "Gürcü Arzusu" Partiyasının namizədi Temur Abazov 70,79 faiz səs əldə edib.

Səs çoxluğuna görə ikinci yeri 17,68 faizlə müxalif "Avropalı Gürcüstan" Partiyasının namizədi Əhməd İmamquliyev tutub.

Azərbaycanlıların sıx yaşadıqları Qardabani, Bolnisi, Dmanisi rayonları üzrə də icra başçısı vəzifələrinə seçkilərin ilkin nəticələrinə əsasən, hakim partiyanın namizədləri səs çoxluğu əldə ediblər. Müvafiq olaraq Ramaz Budaqaşvili 72,54 faiz, Davit Şerazadişvili 85,59 faiz və Giorgi Tatuaşvili 77,6 faiz səslə birinci yerdədirlər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə