Naxçıvanda keçirilən hərbi paradın geniş videomaterialı VİDEO

Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə oktyabırın 18-də hərbi parad keçirilib.

Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib.

Naxcivantv.az hərbi paraddan hazırlanmış geniş videomaterialı təqdim edib.

Müəllif: Xaliq Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə