MM Azərbaycanla Çin arasında Anlaşma Memorandumunu təsdiqlədi

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, Çindən Azərbaycana böyük miqdarda mal idxal olunur. Onun sözlərinə görə, sözügedən memorandum məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək.

Memoranduma əsasən, tərəflər sertifikatların qarşılıqlı tanınmasına imkan verəcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və karantin üzrə Baş administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumu bu ilin mayın 15-də imzalanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə