Tahir Kərimli: "Kor-koranə qüvvələrin qərarlarını icra etməməliyik"

"Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxartmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaqla bağlı qərarını verməlidir. SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli bu gün parlamentin plenar iclasında deyib.

O qeyd edib ki, Avropa bizim bayrağımızdakı nə göy, nə də yaşıl rəngi görmək istəyir: “Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, əgər biz Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar: “Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə