"MM-də səslənən fikirləri Yaqlanda göndərməliyik" TƏKLİF

Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlanda göndərməliyik. SİA-nın xəbərinə görə. bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.

Milli Məclisin sədri və həmkarlarına dəstəyə görə təşəkkürünü bildirən S. Seyidov söyləyib ki, burada səslənən hər bir fikir və ümumilikdə Azəraycanın mövqeyi bir daha Avropa Şurasına bildirilməlidir.

Buna cavab olaraq çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məktubu AŞ-nin baş katibinə göndərməyin xeyri yoxdur, lakin digər qurumlara göndərmək olar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə