Dağlıq Qarabağda müharibə qaçılmaz ola bilər

Azərbaycan prezidenti İlham Əliyevlə Serj Sarkisyanın Cenevrədə keçirilən görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə təsir göstərməyib. Sarkisyanın danışıqlardan sonra söylədikəri fikirlər İrəvanın növbəti dəfə qeyri-konstruktiv mövqe sərgilədiyini nümayiş etdirir.

Sarkisyanın açıqlamalarına nəzər salaq. İşğalçı ölkənin rəhbəri Dağlıq Qarabağın Azərbaycanın hüdudlarından kənarda olduğunu bidirir, heç bir erməni prezidentinin Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına razılıq verə biləcək gücdə olmadığını deyir. Sarkisyan bununla əslində bir neçə qaranlıq məqamlara da aydınıq gətirmiş olub. Serj dolayısı ilə etiraf edir ki, Azərbaycanın iqtisadi, hərbi gücü Ermənistandan qat-qat artıqdır, İrəvan iqtisadi blokada şəraitində batır, lakin bütün bu reallığa baxmayaraq Ermənistan rəhbərliyi istəsə belə işğal olunan əraziləri Azərbaycana qaytaracaq səlahiyyəti yoxdur. Başqa sözlə desək üçncü qüvvə İrəvanı məcburən bu münaqişəyə sürükləyir.

Sarkisyanın prezident İlham Əiyevlə gərginliyin azaldıması ilə bağlı müzakirə aparmasını söyləməsini isə Ermənistanın daxilinə, sadə erməniləri rahatlatmaq üçün növbəti manevri kimi də xarakterizə etmək olar. Çünki, Azərbaycan heç zaman düşmənin provakasiyalarına səssiz yanaşmayıb və işğalçı istənliən diversiya cəhtindən sonra cəzalandırılıb. Bu Bakının haqqıdır və Azərbaycan işğalçı rejimin Qarabağda rahat yaşamasına imkan verməyəcək.

Beləliklə ATƏT in Minsk Qurupunun bu dəfəki cəhtləri də uğursuzluqla nəticələndi. Baxmayaraq ki, Minsk Qurpu bəyanatında hər iki prezidentlərin görüşünü alqışladı və görünməyən hansısa impulslardan danışdı. Belə çıxır ki, Minsk üçlüyünün ilkin hədəfi prezidentləri bir araya gətirməklə təmas xəttində gərginliyin azaldımasına nail olmaqdır. Münaqişənin əsas mahiyyəti isə arxa plana keçirilir. Ermənistan hakimiyyətinin danışıqlarda qeri-konstruktiv mövqey sərgiləməsi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov tərfindən də qeyd olunub. İrəvanın danışıqları pozması hər iki prezident tərəfindən razılaşdırılan və yer alan ifadələrin sonradan pozulması Sarkisyan rejiminin əslində sülh prossesində maraqlı olmadığından xəbər verir. Görüş bir daha göstərdi ki, rəsmi İrəvan münaqişəsnin mahiyyətini dəyişməyə çalışır. Ermənistan üçün diplomatik təmaslar konfiliktin köklü şəkildə həllindən çox, erməni əsgərlərinin itki verməsinin qarşısını almağa hesablanıb. Ən təəssüf doğuran daha bir fakt da odur ki, konfiliktin sülh yolu ilə həllini öz üzərinə götürən ATƏT-in Minsk üçlüyünün də münaqişəyə Sarkisyanın mövqeyindən yanaşmasıdır. İstənilən halda diplomatik təmaslar ilin sonuna kimi davam etdiriləcək. Artıq bununla bağlı razılıq əldə edilib. Qısası bu Azərbaycanın Ermənistana verə biləcəyi son şans da ola bilər.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə