Əflatun Amaşov QDİƏTPM-nın komitə iclasına qatılacaq

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 49-cu iclasında iştirak etmək üçün bu gün Albaniyanın paytaxtı Tiranaya səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv dövlətlərdə milli innovasiya sisteminin inkişafı” mövzusunda müzakirələr aparılacaq. Toplantıda, habelə, komitənin sədri və müavini seçiləcək, növbəti iclasın tarixi, yeri, gündəliyi müəyyən ediləcək, QDİƏTPM-nin 2018-ci il üçün iş planına baxılacaq.
Millət vəkili müzakirə olanan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər oktyabrın 21-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova
loading...