Lökbatanda YAP-ın 25 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, Lökbatan qəsəbəsindəki 139 saylı tam orta məktəbin ərazi ilk partiya təşkilatının sədri Marina Hüseynova çıxış edərək tədbirin mahiyyətindən danışıb.

Tədbirdə iştirak edən YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxış edərək partiyanın keçdiyi şərəfli yola nəzər salıb. Rayon təşkilatının sədri bilridib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaradılmasının 25 ili tamam olur: “İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik-hüquqi-dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir”.

A.Hüseynov partiyanın yaranma tarixinə toxunub, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsinin müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi, ölkənin tərəqqiyə doğru irəliləməsini təmin edən əsas amil olduğunu xüsusi vurğulayıb.

Son illər Azərbaycanın istər iqtisadi, istərsə də beynəlxalq aləmdə qazandığı böyük uğurları konkret faktlarla xatırladan natiq bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyasının xüsusi xidmətlərini qeyd edib.
Tədbirdə çıxış edən 139 saylı tam orta məktəbin direktoru İntizar İsmayılova, müəllimlər – İlham Şamilov, Gülnarə Hüseynova, Xuraman Həsənova və Qaradağ rayon Həmkarlar Təşkilatının sədri Zümrüd Rzayeva Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu qüvvəsinə və xalqın partiyasına çevrilməsində onun yaradıcısı Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə