Güclü və nüfuzlu siyasi qüvvə FOTOLAR

YAP Sabunçu rayon təşkilatı partiyanın 25-ci ildönümü münastibəti ilə növbəti tədbirini keçirib

YAP Sabunçu rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə silsilə tədbirlərini davam etdirir. Bu gün YAP Sabunçu rayon təşkilatı partiyanın yubileyi ilə bağlı növbəti tədbirini 252 sayli məktəb-lisey ərazi ilk partiya təşkilatında keçirib.

İlk öncə dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan YAP Sabuncu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyanın 25 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. M.Abasquliyeva daha sonra YAP-ın ötən 25 ildə keçdiyi çətin və şərəfli yoldan danışıb və Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində son dərəcə ağır və keşməkeşli günlərdə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi altında tarixi zərurətdən yarandığını bildirib: "Yeni Azərbaycan Partiyası böyük bir şəxsiyyətin - bütün həyatını Azərbaycan xalqına həsr etmiş çağdaş dövlətimizin banisi Ulu Öndərimiz Heydər Əliyevin ideyaları ilə yaranıb və yarandığı gündən çox böyük və şərəfli yol keçib".

M.Abasquliyeva onu da vurğulayıb ki, əslində, 1992-ci il noyabrın 21-də Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə belə bir siyasi təşkilatın yaradılması Azərbaycan xalqının sosial sifarişi, cəmiyyətin tələbi idi: "Həmin dövrdə partiyanın yaradılması çox mürəkkəb ictimai-siyasi dövrə təsadüf edirdi. Ölkəni bu vəziyyətdən çıxarmağa qadir olan təcrübəli siyasi xadimə, Ümümmilli Liderə ehtiyac var idi. Bunu nəzərə alan 91 nəfər ziyalı Ümummilli Lider Heydər Əliyevə müraciət ünvnladılar. Həmin müraciət 1992-ci ilin oktyabr ayının 16-da "Səs" qəzetində dərc etdirildi. Bu müraciət xalqın Heydər Əliyevə olan inamının ifadəsi idi. Bundan 8 gün sonra, oktyabrın 24-də Heydər Əliyevin ziyalılara müraciəti dərc olundu. Həmin müraciətdə ölkəni böhrandan xilas etməyin konsepsiyası birmənalı şəkildə öz əksini tapmışdır. Ulu Öndərimiz cavab müraciəti ilə müstəqil Azərbaycan dövlətinin gələcək taleyini müəyyənləşdirdi".

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdıran

M.Abasquliyeva vurğulayıb ki, bu müddət ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib: "Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub".

M.Abasquliyeva, həmçinin bildirib ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır və bu gün inkişafın Azərbaycan modelinin mövcudluğunun beynəlxalq səviyyədə təsdiqlənməsi Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətə və bu xəttin layiqli davamçıs ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə söykənir.

Görüşdə 252 sayli mekteb-liseyin direktoru Xədicə Şükürova, məktəbin tarix müəllimi Elmira Həsənqızı və başqaları Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıblar.

Sonda YAP fəallarından Afaq Hacıyeva, Dilarə Abdullayeva, Xədicə Eminova fəxri fərmanla təltif ediliblər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə