Əli Kərimlli, növbə ilə! KÖŞƏ YAZISI

Bu günlərdə AŞPA-nın baş katibi Yaqlandın Azərbaycanın yürütdüyü müstəqil siyasətinə və demokratik dəyərlərinə qarşı əsl avropalı həyasızlığı nümayiş etdirməsi və bu ürkəbulandırıcı olayın arxasından erməni lobbisinin çıxması artıq nəyin-necə olduğunu kifayət qədər göstərmiş oldu. Yəni söhbət ondan gedir ki, Azərbaycana qarşı istiqamət almış və düşməncəsinə atılmış bu addım bilavasitə ölkəmizə, xalqımıza, milli dəyərlərimizə qarşı oynanılan çirkin oyunun tərkib hissəsidir. Halbuki, əleyhimizə səs verən deputatlar arasında təəssüf ki, 3 nəfər CHP-li deputat da olub. Söz yox ki, meşə çaqqalsız olmaz və 3 nəfər xain CHP-linin qərarını bütün partiyaya aid etmək də doğru olmazdı. Çünki bildiyimiz qədər, həmin CHP-çilərin ölkəmiz əleyhinə səs vermələri elə həmin partiyanın rəhbər orqanları tərəfindən sərt şəkildə qınanılıb. Türkiyə mətbuatı partiyanın sədri Kılıcdaroğlunun bu addıma kəskin hiddət göstərdiyini yazır. Amma...

Amma olan-olub və ölkəmiz əleyhinə qəbul edilmiş qətnamələrdəki 3 CHP-linin səslərini geri götürmək mümkün deyil. Fakt isə budur ki, erməni lobbisinin pulları millət tanımadan hər kəsi alaraq Azərbaycana qarşı xərclənməkdə davam edir və buna sevinənlər arasında azərbaycanlı deyilməyəcək qədər aşağı və səviyyəsiz şəxs – AXCP sədri Əli Kərimli də var! Bu gün Əli Kərimli öz satqın ətrafı ilə yallı gedir ki, AŞPA Azərbaycan əleyhinə hər hansı bir qərar qəbul edib. Belə yerdə deyərlər, Allah içindəki xain düşmənindən saxlasın! Ölkəmizin maraqlarına qarşı qətnamə qəbul olunur, bunlar isə baş verənlərdən ermənilər qədər (!) həzz alır, sevinir, çırtıq çalıb göbək atırlar. Nə deyəsən, sözün bitdiyi yer elə buna deyirlərmiş sanki...

Hə, onu da qeyd etmək yerinə düşərdi ki, Əli Kərimlinin CHP sevgisi varkən, ona bir xatırlatma etmək heç də pis olmazdı. İkinci dünya savaşı dönəmində iqtidarda olan CHP azərbaycanlılara qarşı elə bir xəyanət etmişdi ki, onu bu gün də xatırlayanda adamın tükləri biz-biz dayanır. 1944-cü ildə Stalinin repressiv hakimiyyətinin əlindən sərhədi keçərək Türkiyəyə pənah aparan 146 nəfər azərbaycanlı sonda həmin dövr CHP rəhbərliyi tərəfindən SSRİ NKVD-nə təhvil verildi və bu azərbaycanlılar geri qaytarılarkən, elə sərhəddəcə güllələndilər. Nə onların CHP-li dövlət məmurlarına yalvarışları, onları satmamaları üçün ah-nalələri heç bir təsir göstərmədi. Nəticədə 146 azərbaycanlı oğul Stalinin gülləsinə tuş gəldilər!

Görəsən, Əli Kərimli ən azından bu olayı xatırlayıb, Avropa Şurasında Azərbaycana qarşı səs verən 3 CHP-linin əməllərinə şadyanalıq etdiyi zaman utanırmı? Əsla! Hətta ən məhsuldar fahişədə utanan-qızaran sifət varsa, AXCP sədri Əli Kərimlidə həmin sifət yoxdur, olmayıb, olmayacaq da! Onun üçün erməni marağı və bu marağı dəstəkləyənlər qohumlarından da irəlidir. Əbəs yerə deyil ki, o boyda Kərimovlar külfəti. Ağsaqqallı-qarasaqqallı olaraq bu ünsürdən imtina ediblər, rəsmən!

İndi, bu adam düşüb ortaya və ölkəmizin mənafeyinə zidd olacaq hər bir nüansı özünün “qələbəsi” kimi təqdim etməyə cəhd göstərir. Amma bu belədirmi? Əli Kərimli həqiqətənmi “qalib” olan məxluqdur? Yox əlbəttə ki! O, sadəcə, belə murdar oyunların tərkib hissəsinə çevrilməklə daha da idbarlaşır və cəmiyyətdən, normal düşüncəli ictimai rəydən təcrid olunur. Və həqiqətən də qarşıdan gələn ildə baş verməsi gözlənilən mühüm ictimai-siyasi olayda nə isə qazanacağını hesab edirsə, kökündən yanılır. O, bəri başdan itirib artıq və yaxşı olardı ki, elə bəri başdan da gedib Yaqlandın, sonra da 3 nəfər satılmış CHP deputatının qucaqlarında otursun, hər halda növbə ilə, yəni “oçeredlə”...

RÖVŞƏN

loading...