Sədr müavini: “Mədrəsələrlə bağlı hüquqi prosedurlar formalaşdırılıb”

"Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq bölgələrimizin hamısını əhatə etməklə, mədrəsələr formalaşdırılıb". SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib.

Gündüz İsmayılov deyib ki, mədrəsələrlə bağlı hüquqi prosedurlar formalaşdırılıb: "Bütün mədrəsələrin təsisçisi qanunvericiliyə uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsidir və mədrəsələr də artıq Dövlət Komitəsində dövlət qeydiyyatından keçib. Mədrəsələrin fəaliyyətə başlamasına gəlincə, əvvəlki dövrlərdə olduğu kimi, üç mədrəsə - Şəki İslam Mədrəsəsi, Bakı Şəbnəm Qızlar Mədrəsəsi və Zaqatala Əlibadad İslam Mədrəsəsi fəaliyyətini davam etdirir. Digər mədrəsələrin fəaliyyətə başlaması istiqamətində hazırda Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyətimiz davam edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə