Gündüz İsmayılov: “Komitə KİV-lərin monitorinqini həyata keçirir” MÜNASİBƏT

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi KİV-lərin monitorinqini həyata keçirir və təhlil işləri aparılır, nəticəyə uyğun müvafiq tədbirlər görülür". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, monitorinq nəticəsində dini və məzhəb ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytların olduğu müəyyənləşib: "Bu cür saytlar özlərini xəbər portalları kimi təqdim etsələr də, əksəriyyəti dini qaynaqlı saytlardır. Bunlar dini mahiyyət daşıyan dini qruplar tərəfindən idarə olunub. Onlarla bağlı hüquq-mühafizə orqanları tədbir görüb. Bu cür saytların demək olar ki, hamısı xaricdən idarə olunur. Onların domenlərinə baxmaq kifayətdir ki, Azərbaycandan idarə olunmadığı görünsün".

Müəllif: Ceyhun Rasimoğlu
loading...