"AŞPA-da antiazərbaycan siyasət yürüdən bəlli qruplar çirkin niyyətlərinə nail ola bilməyəcəklər"
Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər.
Trend-in məlumatına görə, bu barədə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Twitter hesabında bildirib:
H.Hacıyev qeyd edib: "Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə