Müdafiə nazirinin müavini ABŞ-lı nümayəndə ilə görüşüb

Oktyabrın 12-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işçi səfərdə olan ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

loading...