Şəmsəddin Hacıyev: “Terrorçu Sarkisyan yenə də görüşdən qaçacaq” AÇIQLAMA

“Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı Dağlıq Qarabağ məsələsindən danışarkən bir daha özünün qəti mövqeyini ortaya qoydu. İkinci erməni dövlətinin Azərbaycan torpaqlarında yaradılması, status-kvonun saxlanılması qətiyyən yolverilməzdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Şəmsəddin Hacıyev deyib.

Deputatın sözlərinə görə, BMT-nin Baş Assambleyasının iclasında Prezident çox sərt şəkildə bütün dünyaya mesaj verdi: “Ölkə rəhbəri göstərdi ki, ikili standartlardan uzaqlaşmaq lazımdır. BMT özünə hörmət etməlidir. BMT qəbul etdiyi məlum 4 qətnaməni yerinə yetirməlidir. Prezident orada mexanizmləri göstərdi ki, necə etmək lazımdır ki, BMT qəbul etdiyi qərarları yerinə yetirsin. Dövlət başçısı onlara bir növ dərs verdi”.

Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanlarda baş tutacaq görüşünə də münasibət bildirən millət vəkili deyib ki, əli qana batmış, cani, terrorçu Sarkisyan yenə də bu görüşdən qaçacaq: “Rəsmi İrəvan çalışır ki, danışıqları yubatsın və status-kvonu qoruyub saxlasın”.

Müəllif: Ceyhun Rasimoğlu
loading...