"Əldə olunan uğurlar Prezidentin həyata keçirdiyi siyasətin nəticəsidir" AÇIQLAMA

“Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında vacib tapşırıqlar verməklə yanaşı bir çox layihələrin, proqramların, yol xəritələrinin müvəffəqiyyətlə icra olunduğunu diqqətə çatdırdı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputatın sözlərin görə, Azərbaycan Prezidenti İlham Əliyevin müşavirədəki nitqi ilə qarşıya qoyulan vəzifələrin icrasının daim nəzarətdə saxladığını bir daha göstərmiş oldu.

T.Rzayev söyləyib ki, 9 ayın yekunlarına görə qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artıb. “Xarici ticarət dövriyyəsinin 7 faiz artması, valyuta ehtiyatlarının 42 milyard dollara çatması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Ən başlıcası qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi, ixracın, sənaye istehsalının artırılması, məşğulluğun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması sahəsində verilən tapşırıqlar və qarşıya qoyulan vəzifələr bir daha göstərdi ki, dövlət başçısı iqtisadiyyatın dinamik inkişafında inamlı və israrlıdır”.

Deputat əlavə edib ki, iqtisadi imkanlar, o cümlədən valyuta ehtiyatları müstəqilliyin əsas şərtlərindən biridir: “Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik amilləri xüsusi yer tutur”.

Müəllif: Nailə Məhərrəmova
loading...