Mədət Quliyev: "Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir" MÜNASİBƏT

Azərbaycanda dövlətə xəyanət edən hərbçilərin istintaqı davam etdirilir.

SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

DTX rəisi qeyd edib ki, hərbi qulluqçuların dövlətə xəyanət etməsi ilə bağlı görülən işlər məxfi olduğuna görə ətraflı məlumat vermək düzgün deyil: "Bu istiqamətdə hər zaman işlər görülür. Təbii ki, bir sıra dövlətlər bu kimi yırtıcı cəsusları işlədir. Dövlətin hüquq mühafizə orqanları bunla mübarizə aparır".

M.Quliyev əlavə edib ki, rekert jurnalistlərin həbsi ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, 5-6 ildə belələri respublikada çox idi: "Bunların da qarşısı alınır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə