Əli Kərimli siyasətçi olmadığını etiraf etdi

AXCP sədri Əli Kərimli “Milli Şura”nın mitinqində təşkilatçılıq və rəhbərlik istedanına malik olmadığını, mitinqə isə az insanın gəldiyini öz dili ilə etiraf etdi. SİA xəbər verir ki, çıxışında məhz müavinləri Gözəl Bayramlının, Fuad Qəhrəmanlının, Seymur Həziyevin olmadığına görə, aksiyanın zəif keçdiyini hakimiyyətin üzərinə atmağa çalışan Əli Kərimli boynuna alıb ki, əgər mitinqlərin təşkilatçıları həmin adamlar olubsa, onun özü heç bir liderlik qabiliyyətinə malik olmayan fərddir.

Qeyd: Deyəsən Əli Kərimli birbaşa olmasa da, dolayı yollarla siyasət adamı olmadığını etiraf etməyi öyrənib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə