Mitinqə gedənlər selfi çəkməklə məşğuldurlar SƏBƏB

"Milli Şura"nın mitinqinə qatılmış bir neçə yüz nəfərin əsasən, selfi (özçəkim) çəkməklə məşğul olduğu müşahidə olunub. SİA xəbər verir ki, AXCP və "Milli Şura" üzvləri hətta "liderlərinin" çıxışlarına heç bir əhəmiyyət verməyərək, telefonları vasitəsi ilə fotolarını çəkməklə məşğuldurlar.

İddia olunur ki, onlar xarici ölkəyə getmək üçün, yəni Əli Kərimlidən vəsiqə və arayış almaqdan ötrü "mühacir" olmaq istəyənlərdirlər. AXCP-dəki etibarlı mənbə tərəfindən deyilən bu fikir daha öncələr də mediada ictimailəşdirilib və Avropaya getmək istəyən insanların məhz bu vasitədən istifadə etdikləri sübuta yetirilib.

Sözügedən mitinqdə Avropa İttifaqının bayrağının da qaldırılması bu faktı isbat edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə