Əli Kərimli öz saxtakarlığını necə ifşa etdi?

AXCP sədri Əli Kərimlinin sosial şəbəkə vasitəsi ilə saxta profillər açdırıb “siyasət yürütməsi” kimsəyə sirr deyil. Lakin bu arada SİA AXCP sədrinin saxtakarlığını sübuta yetirən daha bir ilginc faktı ortaya çıxarıb. Belə ki, Əli Kərimlinin “facebook”da AXCP Gənclər Komitəsi adından hazırlatdığı “mitinqə çağırış” çarxında say hesabı ilə vur-tut, cəmi 13 nəfər gənc danışır. Lakin Əli Kərimlinin profilində həmin çarxı “1,5 min” nəfər “bəyənib”, üstəlik “1.024” nəfər tərəfindən “paylaşım” olunub. Sual olunur: ötən mitinqlərdə olduğu kimi, bu gün keçirilməsi planlaşdırılan mitinqdə də uzağı bir neçə yüz nəfərin iştirakı gözlənilirsə, bəs “minlərlə” göstərilən “gənclər” haradadır? AXCP-nin gənclər Komitəsi 13 nəfərdən artıq adam yığıb daha geniş təbliğat çarxı hazırlaya bilməyibmi? Bilməyibsə, həmin çarxı "bəyənənlər" haradan çıxdılar?

Bununla bir daha sübut olunur ki, AXCP sədri Əli Kərimli yalnız özünə təskinlik verir və saxta rəqəmlərlə aldadır və saxtakarlığını həmin yalanları vasitəsi ilə ictimai rəyə zorla sırımaqla məşğuldur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə