Haqq-ədalətdən danışanlar, hərdən liderinizə bu sualları da verin

Sosial şəbəkələrdə Sənan Nəcəfovun AXCP sədri Əli Kərimli tərəfindən "qazanılan" və övladlarının təhsili üçün xarici ölkələrdə xərclənən mənbəyi qeyri-müəyyən olan külli miqdarda pullar haqqında maraqlı araşdırması dərc olunub. SİA həmin məqaləni dərc edir.

S.Nəcəfov yazır: "Xatırladaq ki, AXCP sədrinin hər iki övladı 11 il Bakıda Oksford məktəbində (1 illik təhsil haqqı 11 min manatdır) oxuyublar. Beləliklə, Kərimlinin iki övladının Bakıdakı təhsili üçün cəmi 242 min vəsait xərclənib. Hazırda isə AXCP sədrinin övladları dünyanın ən bahalı təhsil sistemlərindən birinə malik olan Böyük Britaniyada oxuyur və yaşayırlar. Təxmini hesablamalara görə Londonda 5 il ərzində 2 nəfər üçün kirayə haqqı 42 000 funt (93 000 manat), 2 nəfərin minimum yaşayış xərci isə 78 000 funt (172 min manat) edir. Bura Bakı-London aviareyslərinə alınan biletlərə xərclənən vəsait, tətil, restoran, gecə klubları, barlar, digər əyləncə xərcləri də əlavə edilsə Əli Kərimlinin son 15 ildə təkcə övladları ilə bağlı xərcləri 800 min manatı ötmüş olur.
AXCP-çilərin bu suallarına Əli Kərimli ötən ay özünəxas riyakarlıqla cavab verməyə çalışmıdı. O, internetdə yaydığı çıxışında iddia edirdi ki, guya övladlarının təhsil xərcləri üçün pulları həyat yoldaşı Samara Seydiovanın hələ Ayaz Mütəllibovun dövründə gənc mütəxəssis kimi aldığı mənzili satmaqla və müxtəlif vaxtlarda Avropa İnsan Haqları Məhkəməsində udduğu işlər üzrə Azərbaycan dövlətindən qazandığı təzminatla ödəyib.
Lakin Əli Kərimlinin bu cavabına inanan olmadı. Çünki gənc mütəxəssislərə verilən kiçik mənzilin bazar dəyəri uzağı 80 min manat ola bilərdi. Əli Kərimlinin təzminat kimi qazandığı 46 min avronu bu mənzilin pulunun üstünə gəlsək məbləğ maksimum 180 min manat edir. Lakin Əli Kərimlinin övladlarının təhsilinə ayırdığı pul bundan dəfələrlə çoxdur. Üstəlik Kərimlinin özünün də Bakıda heç də kasıb yaşamadığı məlumdur. Özəl sürücüsü, cangüdəni, qulluqçusu da öz yerində".

Bütün xəbərlər Facebook səhifəmizdə