Xələf Xələfov: "Xarici ölkələr Ermənistanın siyasətinə uymamalıdırlar"

"Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Aİ ilə ümumi maraqlara söykənən əməkdaşlığa önəm verir. SİA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda çıxış edərkən deyib.

Azərbaycanın Avropa İttifaqının enerji sahsində strateji tərəfdaşı olduğunu deyən X.Xələfov söyləyib ki, mövcud əməkdaşlığın daha da genişləndirilməsi hər iki tərəfin maraqlarına xidmət edir: “Ermənistan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının üzvü olaraq, torpaqlarımızın 5-də birini işğal altında saxlayır. Ermənistan işğal altındakı torpaqlarımızda abidələrimizi, məscidlərimizi talan edir. Ermənistan işğal edilmiş ərazilərimizdə məskunlaşma siyasəti aparır, demoqrafik vəziyyətin dəyişməsinə çalışır. Xarici ölkələr bu siyasətə uymamamlıdırlar”.

X.Xələfov qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır: “Biz səylərimizin dünya birliyi tərəfindən dəstəklənəcəyinə ümid edirik"

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə