Qadın sağlamlığına mane olan faktor - İŞĞAL

“Azərbaycan Respublikası gender bərabərliyi və qadınların sağlamlığı sahəsində bir sıra uğurlar əldə edib.Təbii ki, bizdən asılı olmayan səbəblər bu uğurun artmasına mane olur. Əminəm ki, Ermənistan istisana olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin hər birində məhz bu amil onların bu sahədə daha çox uğurlar əldə etməsinə mane olan əsas faktordan biridir”. SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda çıxış edərkən deyib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, bu faktor həmin ölkələrin torpaqlarının işğal olunması nəticəsində iqtisadiyyata ağır zərbə vurması, ölkədə qeyri sabitliyin yaranması, xarici təziqin güclənməsi və insanların kütləvi qətliamıdır: “Ermənistan 25 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Məhz bu amil Azərbaycanın dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının qorunması sahəsində uğur əldə etməyimizə mane olan əsas səbəblərdən biridir. Bu işğal nəticəsində Azərbaycanın 20 faiz torpağı hələ də Ermənistan silahlı qüvvələrinin əlindədir, 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Məhz onların 52 faizi qadın, 25 faizini isə 5 yaşına qədər uşaqlar təşkil edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə